“Nar” jurnalistləri təbrik etdi -FOTOLAR

23-07-2018, 19:26           
“Nar” jurnalistləri təbrik etdi -FOTOLAR
Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil edib.

Moderator.az xəbər verir ki, 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirilib. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunub.

“Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirdə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik edib. Ə.Axundov hər zaman “Nar”ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək “Nar”ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirib.

2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak edib. “Molla Nəsrəddin”, “Həyat” və “Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutublar. Qalib komandalar “Nar”dan dəyərli hədiyyələr qazanıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru