Nazir müavini:"SOCAR Polymer" qeyri-neft sektorunda ən böyük layihədir"

28-07-2018, 21:08           
Nazir müavini:"SOCAR Polymer" qeyri-neft sektorunda ən böyük layihədir"
“SOCAR Polymer” Azərbaycanda son illər qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən “Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, dəyər zəncirinin qurulması üçün “SOCAR Polymer” əhəmiyyətli müəssisədir:

“SOCAR Polymer”in ətrafında klasterlər yaradılması planlaşdırılır və yerli müəssisələr “SOCAR Polymer”in məhsullarından faydalana bilər”.

Nazir müavini sənayenin inkişafından da danışaraq qeyd edib ki, iqtisadiyyatın inkişafında sənayenin rolu müstəsnadır:”Bu ilin I yarısında ölkədə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi isə 9% artıb. Ölkədə hazırda 5 sənaye parkı, 4 sənaye məhəlləsi var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru