ABŞ Bağdadinin olduğu evin partladıldığı anın videosunu yayımladı – ANBAAN VİDEO
31-10-2019, 09:52
ABŞ Müdafiə Nazirliyi tərəfindən yayılan yeni videoda İŞİD lideri Əbu Bəkr əl Bağdadinin evinin hava hücumu ilə darmadağın edildiyi görüntülər yer alıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Bağdadinin evinə təşkil edilən hava hücumunun görüntülərini yayımlayıb. Qeyd edək ki, Bağdadinin intihar etdiyi əməliyyatda əvvəlcə hava hücumu ilə onun olduğu ev dağıdılmış daha sonra xüsusi təyinatlı dəstə İŞİD liderini tuneldə ələ keçirmişdi.