ABŞ prezidenti növbəti müvəqqəti büdcəni imzalayıb
22-11-2019, 05:43
ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, dekabrın 20-dək qüvvədə olacaq müvəqqəti büdcəni imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir.
2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Demokratik və Respublikaçı partiyalarla ölkə tarixindəki ən uzun “şatdaun”a (shutdown) müvəqqəti son verilməsi ilə bağlı razılaşma əldə edib.
“Şatdaunlar” zamanı minlərlə federal qulluqçu yeni büdcə qəbul edilənə qədər ödənişsiz məzuniyyətə göndərilir. Bu prosesin hiss olunan cəhətlərindən biri ABŞ səfirliklərinin viza bölmələrinin fəaliyyətinin dayandırılmasıdır.