İran elə bilirdi ki, bundan heç kimin xəbəri olmayacaq - Tramp

22-11-2019, 09:00           
İran elə bilirdi ki, bundan heç kimin xəbəri olmayacaq - Tramp
İranda durum o qədər qeyri-stabildir ki, rejim xalqın ölkədə baş verən böyük qəddarlığı dünyaya çatdırmaması üçün interneti dayandırdı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

“İran rejimi düşünürdü ki, onların törətdiyi faciələri və ölüm hadisələrini dünya bilməyəcək”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edək ki, İranda yanacağın qiymətinin qalxmasına etiraz olaraq ölkənin müxtəlif şəhərlərində on minlərlə insan küçələrə axışmışdı. Hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda 100-dən çox insanın öldüyü bildirilir.

Hökumət bu etirazlardan dolayı ölkədə internetin fəaliyyətini məhdudlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru