Rusiya Uhan şəhərindən Almaniyaya uçan təyyarəyə eniş icazəsi verməyib

2-02-2020, 09:52           
Rusiya Uhan şəhərindən Almaniyaya uçan təyyarəyə eniş icazəsi verməyib
Rusiya Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən vətəndaşları təxliyə edən Almaniyanın “Airbus A310” təyyarəsinin Moskvada enişinə icazə verməyib.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Belə ki, yanvarın 31-də təyyarə Almaniya vətəndaşlarını təxliyə etmək üçün koronavirusun yayıldığı Uhan şəhərinə uçub. Plana əsasən təyyarə geri dönərkən, Moskva şəhərinə enərək yanacaq doldurmalı idi. Bundan başqa, təyyarə enən zaman bir gün qabaq Rusiya paytaxtına gələn ekipaj üzvləri təyyarədə olan həmkarlarını əvəz edəcəkdi.

Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində 144 sərnişin olub və onların 108-i Almaniya vətəndaşı olub.

Almaniya Müdafiə Nazirliyinin komandiri polkovnik Daniel Drakenin sözlərinə görə, təyyarənin Rusiyanın hava məkanından istifadəsinə icazə verilsə də, Moskvadakı hava limanına enmə tələbi rədd edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.