BMT saxta korona xəbərlərinə qarşı: Kampaniya başladıldı

15-04-2020, 02:00           
BMT saxta korona xəbərlərinə qarşı: Kampaniya başladıldı
Koronavirus pandemiyası ilə bağlı yayılan dezinformasiyalarla mübarizə üçün təşəbbüs başladılıb.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı yaşanan böhran saxta xəbərlər, yanlış məlumatlandırma, xüsusən konspiroloji nəzəriyyələrlə daha da kəskinləşir.

“Cavab təşəbbüsü ilə çıxış edirəm: həyatımıza təhlükə yaradan saxta məlumatlara qarşı interneti faktlarla və elmi əsaslarla doldurmaq... Sağlam düşüncə və faktlarla biz COVİD-19-a qalib gələ bilərik”, - deyə baş katib bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru