ABŞ kəşfiyyatı hərəkətə keçdi: Virusun süni yolla hazırlanması... – Şok gəlişmə

15-04-2020, 09:47           
ABŞ kəşfiyyatı hərəkətə keçdi: Virusun süni yolla hazırlanması... – Şok gəlişmə
ABŞ Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general Mark Milley Amerika kəşfiyyatının iki il əvvəl Çinin Uhan şəhərindəki bir laboratoriyada koronavirusun yetişdirilməsindən xəbərdar olmasına dair yayılan iddianı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, o, dünya mediasında yayılan bu məlumatın həqiqəti əks etdirmədiyini deyib.

“İndiki mərhələdə bu iddia həqiqəti əks etdirmir. Virusun təbii yolla yayıldığı göz önündədir”, - general bildirib.

ABŞ-ın müdafiə naziri Mark Esper isə koronavirus pandemiyasının laboratoriya şəraitində yetişdirilməsinə dair olan iddia haqda bunları deyib:

“Media və sosial şəbəkələrdə çox sayda şayiə və spekulyasiyalar var. Kəşfiyyat bu məlumatları ciddi şəkildə incələyib. Bu, inandırıcı deyil, amma yenə də əmin olmamalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru