ÜST Trampın qərarından təəssüfləndiyini bildirdi

16-04-2020, 00:00           
ÜST Trampın qərarından təəssüfləndiyini bildirdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus ABŞ Prezidenti Donald Trampın qərarından təəsüfləndiyini deyib.

APA-nın xəbərinə görə, o, bu barədə ÜST-ün gündəlik mətbuat brifinqində deyib.

"ABŞ ÜST-ün uzunmüddətli və səxavətli dostu olub və biz ümid edirik ki, bu, belə olmağa davam edəcək. Biz ABŞ Prezidenti Donald Trampın ÜST-ə maliyyə dəstəyinin dayandırılması qərarından təəssüflənirik", o deyib.

ÜST-ü baş direktoru bildirib ki, təşkilat hər zaman həm vətəndaşlara həm ABŞ hökumətinə dəstək verib.

"ÜST dünyanın ən kasıb və həssas ölkələrinin və insanların səhiyyəsi və sağlamlığı üçün çalışır. ÜST yalnız COVD-19-a qarşı deyil, digər xəstəliklərə qarşı mübarizə aparır. Biz dünyanın müxtəlif ölkələrinin səhiyyə sistemlərinin inkişafına dəstək veririk", Tedros Adanom Gebreyesus qeyd edib.

Baş direktor hər hansı maliyyə ehtiyacı ilə üzləşilməməsi üçün təşkilatın öz həmkarları ilə müzakirələr aparacağını deyib.

"Bütün insanlara xidmət etmək öhdəliyimiz mütləq olaraq qalır. Bizim missiyamız iqtisadiyyatın gücündən və ya əhali sayından asılı olmayaraq dünyanın bütün ölkələri ilə bərabər şəkildə işləməkdən ibarətdir.

COVID-19 xalqlar, insanlar arasında etnik mənsubiyyətinə, dininə, ideologiyalarına görə, ölkələr arasında isə iqtisadiyyatının gücünə və əhali sayına görə diskriminasiya etmir. Biz də həmçinin. bu virusla mübarizə əməkdaşlıq tələb edir. Hamımızın ümumi düşmənə qarşı birləşmək vaxtıdır", - Gebreyesus vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru