İspaniyada koronavirusdan ölənlərin sayı 18 mini ötdü
15-04-2020, 21:19
İspaniyada ötən sutka ərzində 5092 nəfər yeni növ koronavirusa yoluxub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumi statistikada virusa yoluxanların sayı 177,6 min nəfərə çatıb. Son 24 saat ərzində 523 nəfər virusun qurbanı olub. Bununla da virusdan ölənlərin sayı 18 min 579 nəfərə çatıb. Təxminən 70 min insan xəstəlikdən sağalıb.
Qeyd edək ki, İspaniya hazırda ölənlərin sayına görə dünyada ABŞ və İtaliyadan sonra üçüncü yerdədir.