İtaliyada koronavirusa yoluxanların sayı 165 mini ötüb- 21 645 nəfər ölüb 16-04-2020, 00:01 İtaliyada son sutkada daha 578 nəfər koronavirusun qurbanı olub.“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 645-ə çatıb.Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 2 667 nəfər artaraq 165 155-ə yüksəlib.Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 028 000-i ötüb. Bunların 494 562 nəfəri sağalıb, 129 186 nəfəri isə ölüb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Facebook-da paylaş