İranda koronavirusdan ölənlərin sayı 4,7 mini keçdi

16-04-2020, 00:06           
İranda koronavirusdan ölənlərin sayı 4,7 mini keçdi
Bir gündə 1,5 min nəfərdə virus tapıldı. Ölkədə virusa yoluxanların sayı 76389-ə çatıb. Onlardan 49933 nəfəri sağalıb.

İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1512 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 1512 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 76389-ə çatıb. Bir gün ərzində 94 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 777-ə çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 76389 şəxsdən 49933 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 126 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru