İran generalı BƏƏ-ni hədələdi: Buna dözməyəcəyik!

17-08-2020, 08:56           
İran generalı BƏƏ-ni hədələdi:
Əgər Fars körfəzi regionunda hər hansı bir hadisə baş versə və İranın milli təhlükəsizliyinə xələl gətirilsə, buna dözməyəcəyik.

Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.

“Hesab edirik ki, Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətlərini normallaşdırmaq barədə apardığı siyasətinə yenidən baxmalı, regionun və ölkəsinin təhlükəsizliyinə ziyan vuracaq bu yoldan geri qayıtmalıdır”, - M.Baqiri bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ikitərəfli əlaqələrin tam normallaşdırılması ilə bağlı razılığa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru