Tramp özünü Avram Linkolnla müqayisə edib

28-08-2020, 09:13           
Tramp özünü Avram Linkolnla müqayisə edib
ABŞ lideri Donald Tramp özünü ölkə tarixində müstəsna yeri olan - quldarlığı azad etmiş prezident Avram Lincolnla müqayisə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bu barədə mənsub olduğu Respublikaçılar Partiyasının iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, Avram Linkolndan bəri afroamerikalılar üçün hər hansı bir prezidentdən daha çox iş görüb: "Afroamerika icması üçün 47 il vəzifədə olan Co Bidendən daha çox iş görmüşəm. Yenidən seçildiyim zaman daha da yaxşı olacaq".

Xatırladaq ki, ABŞ tarixinin ən böyük prezidentlərindən biri hesab olunan Abram Linkoln ABŞ-da köləliyi ləğv edib. 1861-1865-ci illərdə prezident olduğu dövrdə, həmçinin, vətəndaş müharibəsinin qarşısı alınıb.

Linkoln Respublikaçılardan seçilən ilk prezidentdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru