S-400 raketi uçmadı, qayıdıb hərbçilərin üstünə düşdü - FOTO

28-08-2020, 16:33           
S-400 raketi uçmadı, qayıdıb hərbçilərin üstünə düşdü - FOTO
Rusiyanın Həştərxan vilayətindəki Aşuluk hərbi poliqonunda “Army 2020” beynəlxalq ordu oyunları çərçivəsində keçirilən yarış zamanı təhlükəli insident baş verib.

Virtualaz.org xəbər verir ki, avqustun 26-da Rusiya ordusunun Havadan Müdafiə Qüvvələrinin yarışa qatılan heyəti S-400 “Triumf” zenit-raket kompleksindən raket atışı həyata keçririb. Lakin raket uçmaqdan “imtina edib” və geri qayıdaraq hərbçilərin üstünə düşüb.

“İnfoResist” portalı xəbər verir ki, bu səhnənəi Avropa press-foto agentliyinin fotoqrafı Yuri Koçetkov çəkə bilib. Müvafiq görüntülər İnstagram-da da yerləşdirilib, amma bir sutka sonra silinib.

Ehtimal edilir ki, raketin yürüş mühərriki işə düşməyib və nəticədə o, start mühərriki ilə bir neçə metr yuxarı qalxdıqdan sonra “geri qayıdıb”. İstisna deyil ki, raketin istifadə müddəti bitmiş olub.

S-400 “Triumf” zenit-raket kompleksləri Rusiya tərəfindən beynəlxalq silah bazarında geniş reklam edilir və bir çox ölkələr onu almaq üçün növbəyə düzülüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru