Litva Lukaşenkoya cavab verdi: “Bu qədər xalqa nifrət edib, hakimiyyətə yapışan adamı təsəvvür etmək çətindir”

29-08-2020, 03:43           
Litva Lukaşenkoya cavab verdi:
Xəbər verildiyi kimi Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin yüklərinin daşınması üçün Litva limanlarından daha istifadə etməyəcəkləri ilə bağlı olaraq rəsmi Vilnüsə hədə qorxu gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Litva hökuməti Belarus liderinin təhdidinə soyuqqanlılıqla cavab verib.

Baş nazir Saulyus Skvernyalis Belarus hakimiyyətinin aldığı bu qərarla əslində özlərinə zərbə endirəcəklərini bildirib.

“Bu qədər öz xalqına nifrət edib hakimiyyətə yapışan, şəxsi ambisiyaları uğruna dövlətinə və əhalisinə zərər vuran adamı təsəvvür etmək çətindir. Əgər Lukaşenkonun söylədiyi qərarlar qəbul olunsa, bu, öncə Belarusun özünə zərbə endirəcək”,-deyə o qeyd edib.

Litvanın nəqliyyat və kommunikasiyalar naziri Yaroslav Narkeviç isə Belarusun öz ixracat axınını yenidən yönləndirmək üçün başqa çıxışının olmadığını deyib. “Bu gün onlar yerli malları nə Latviyadan, nə də Sankt-Peterburqdan keçirə bilərlər”,-deyə nazir vəziyyəti izah edib.

Xatırladaq ki, Aleksandr Lukaşenko bu il avqust ayının 28-də “Savuşkin-Orşa” fabrikinin işçiləri qarşısında çıxışı zamanı Litva ilə bütün ticarət axının kəsəcəyini bildirib. “Görüm onda necə yaşayacaqlar. Litva büdcəsinin 30%-i bizim yük daışmalarımızdan formalaşır. Sizə başqa nə lazımdır. Hədlərini keçiblər. Ona görə də yerlərində oturdacağıq”,-deyə Aleksandr Lukaşenko danışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.