Berlində koronavirus məhdudiyyətlərinə qarşı yürüş keçirilir

29-08-2020, 19:43           
Berlində koronavirus məhdudiyyətlərinə qarşı yürüş keçirilir
Berlində COVID-19 epidemiyası ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərə qarşı kütləvi etiraz yürüşü keçirilir.

Gununsesi.info AFP-yə istinadən xəbər verir ki, səhərdən şəhərin məşhur Brandenburq qapısı yaxınlığında toplaşan, aralarında uşaqlı ailələrin də olduğu etirazçılar hərəkətə başlayıblar. Yürüşü 3 min polis müşaiyət edir.

Şəhər polisinin rəisi Barbara Slovik nümayişçilər 1,5 metr ara məsafə və maska taxmaq qaydalarına əməl etməsələr, onları əngəlləyəcəklərini bildirib: “Bizim on minlərlə adamı müşahidə edib infeksiya təhlükəsi altına girməyə nə gücümüz, nə də həvəsimiz var”.

Polisdən verilən məlumata görə, etirazçıların sayı 18 minə çatıb və artmaqda davam edir.

Qeyd edək ki, son günlər Almaniyada koronavirusa yoluxma sayı artaraq aprel ayında qeydə alınmış ən yüksək həddə yaxınlaşır. Belə ki, son 24 saat ərzində ölkədə 1 474 nəfər yoluxub. Bütövlükdə, pandemiya ərzində Almaniyada 240 986 nəfər yoluxub, bunların 9 289 nəfəri ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru