Həftərə YENİ DƏSTƏK: 182 silahlı texnika göndərildi

30-08-2020, 11:47           
Həftərə YENİ DƏSTƏK: 182 silahlı texnika göndərildi
Liviyada üsyançı general Xəlifə Həftərə dəstək göndərilib.

Cebhe. info xəbər verir ki, bu barədə Liviya ordusunun sözçüsü polkovnik Məhəmməd Kanunu məlumat verib. Məlumata görə, Həftərə dəstək üçün muzdlu əsgərləri daşıyan 112 ədəd silahlı texnika Cufranın Hun şəhərinə gəlib.

Hun şəhərinə gələn avtomobillərdə, Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner”ə aid muzdlular, Sudanlı Cancavid milisləri, Suriyalı və Yəmənli muzdlular da daxil olmaqla yüzlərlə muzdlu hərbçinin olduğunu bildirib.

Son saatlarda Həftərə dəstək verən Cancavid muzdlularına aid 70 silah yüklü texnikanın da Sirtəyə girdiyi bildirilib. Qeyd edək ki, avqustun 27-də Həftər qüvvələri atəşkəsi pozmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru