Fransız polkovnik Rusiya kəşfiyyatına işləyirmiş

30-08-2020, 19:55           
Fransız polkovnik Rusiya kəşfiyyatına işləyirmiş
Fransa prokurorluğu ölkənin Silahlı qüvvələrinin bir polkovnikinin Rusiyanın xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı araşdırmaya başlayıb.

Teref.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Europe-1" radiostansiyasında informasiya yayılıb.

Məsələ ilə əlaqədar ictimaiyyətə ölkənin Müdafiə naziri Florans Parli şəxsən məlumat verib.

"Bəli, yüksək rütbəl bir zabitimizin ölkənin milli təhlükəsizliyinə xələl yetirəcək dərəcədə başqa dövlətlərə məxfi məlumatlar ötürməsi ilə bağlı artıq məhkəmə təhqiqatı başlayıb", - deyə, Florans Parli qeyd edib. Onun sözlərinə görə, Silahlı qüvvələr casusluq hadisəsi barədə işi prokurorluğa təqdim edib.

Hələ ki, bəhs olunan hərbçi casusun adı açıqlanmır. Onun Paris həbsxanalarından birinə yerləşdirildiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.