Ukraynada Çernobıl faciəsindən də böyük fəlakət barədə xəbərdarlıq edilib

31-08-2020, 00:43           
Ukraynada Çernobıl faciəsindən də böyük fəlakət barədə xəbərdarlıq edilib
Donbasda üçtərəfli təmas qrupunda ukraynalı nümayəndə heyətinin rəhbər müavini Vitold Fokin genişmiqyaslı ekoloji fəlakət təhlükəsi barədə xəbərdarlıq edib. APA xəbər verir ki, Fokin bu barədə “Strana.ua” saytına müsahibəsində deyib.

O bildirib ki, Donbasda infrastrukturun məhv edilməsi bir çox mədənin su altında qalmasına və su anbarlarının daşmasına səbəb olub. Onun sözlərinə görə, tez bir zamanda onların təmizlənməsi üçün işlər görmək lazımdır, əks təqdirdə su bütün yerli çay və gölləri dolduracaq və daha sonra Azov və Qara dənizə yol tapacaq.

“Çoxları buna göz yumur, amma yaxınlaşan fəlakət Çernobıl qəzasından daha böyük ola bilər”, - deyə Fokin müsahibəsində vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru