Rusiya qırıcısı ABŞ bombardmançısını belə silkələdi TƏHLÜKƏLİ İNSİDENT, +VİDEO

31-08-2020, 16:35           
Rusiya qırıcısı ABŞ bombardmançısını belə silkələdi TƏHLÜKƏLİ İNSİDENT, +VİDEO
Pentaqon Qara dəniz üzərində uçuş zamanı ABŞ Hərbi Hava Qüvvələrinin B-52 bombardmançısının Rusiya qırıcısı tərəfindən təhlükəli şəkildə sıxışdırıldığı haqda bəyanat yayıb.

Virtualaz.org “Military Times”ə istinadən xəbər verir ki, ABŞ strateji bombardmançısı Qara dənizin beynəlxalq suları üzərində “planlaşdırılmış uçuş” həyata keçirərkən Rusiya Hava Kosmik Qüvvələrinin Su-27 qırıcısı onun “tutulması” üçün havaya qaldırılıb. Rusiya pilotları təhlükəli və qeyri-peşəkar şəkildə hərəkət ediblər, onlar B-52 bombardmançısının yolunu bir neçə dəfə kəsiblər, 30 metrliyinə qədər yaxınlaşıblar və manevr edərək qanadlarının altındakı raketləri nümayiş etdiriblər.



Üstəlik forsaj verərək turbulentlik yaradıblar və B-52 bombardmançısının manevr imkanlarını məhdudlaşdırıblar. Pentaqon insidentə dair B-52 bombardmançısının göyərtəsindən çəkilmiş görüntüləri də təqdim edib.

Bundan əvvəl Suriyada ABŞ və Rusiya hərbi patrullları arasında toqquşma baş vermişdi və Rusiya ordusunun zirehli transportyoru amerikalı hərbçilərin zirehli avtomobilni vuraraq yoldan çıxarmışdı. Bu zaman 4 amerikalı hərbçi xəsarət alıb. İnsidentin ardınca iki ölkənin silahlı qüvvələrinin Baş qərargah rəisləri arasında telefon danışığı olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru