Amerikalılar daha öz medialarına və hökumətlərinə inanmırlar – Sorğu

17-01-2021, 09:49           
Amerikalılar daha öz medialarına və hökumətlərinə inanmırlar – Sorğu
Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərliyi və jurnalistləri məqsədli şəkildə ictimaiyyəti çaşdırır, ölkə isə vətəndaş müharibəs astanasındadır. Rəyi soruşulan 33 min amerikalı bu fikirdədir. Xəbəri seçkilərdən sonra "Edelman" şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrinə istinadla «Business İnsider» nəşri yayıb. "Edelman" şirkəti ictimaiyyətlə əlaqələr üzrə dünyanın nəhəng firmasıdır.

Şirkət tərəfindən dərc olunmuş 2021-ci ilin inam barometri göstərir ki, ABŞ-da hökumətə və KİV-ə inam rekord aşağı səviyyədədir. Nəşrin qeyd etdiyi kimi, insanlarda hökumətə inamı sarsıdan pandemiya, həmçinin Donald Tramp və Co Bayden tərəfdarları arasında artan siyasi gəginlikdir. Sorğuya görə, internetdə zidiyyətli informasiyaların həddindən artıq olması səbəbilə, insanlar həqiqəti uydurmadan çətinliklə ayırd edirlər.

Xüsusilə də siyasət və ya Covid-19-a qarşı peyvəndləmə barədə məsələlər üzrə.

“Edelman” şirkətinin Baş direktoru Riçard Edelman hesab edir ki, ölkə «informasiya bankrotu» dövrünə qədəm qoyub.

«Keyfiyyətli informasiyanın olmaması və artan parçalnma bunun nətiəsidir» - şirkətin pres-relizində deyilir.

Ekspertlərin sözlərinə görə, ötən həftə Kapitoliyə «aqressiv hücum» və ABŞ sakinlərinin yalnız üçdə birinin koronavirusa qarşı peyvənd almağa hazır olması, «dezinformasiyanın təhlükəsi»nin əyani göstəricisidir.

Məqalədə qeyd olunduğu kimi, hökumətə və KİV-ə inamsızlıq əvvəlki illərə nisbətən, 2020-ci ildə daha açıq şəkil alıb. Şirkətin sorğusu göstərib ki, amerikalıların 75 faizi internetdə informasiyaları lazımi qaydada yoxlamır və bu səbəbdən də ümumdünya şəbəkəsi «exo-kamera»ya çevrilir. Bu da digər baxışlrla və ya informasiyalarla qarşılaşmamış insanların yanlış fikrini möhkəmlədir.

Sorğu həm də göstərib ki, respodentlərin 61 faizi hökumətdən çox, biznes-təşkilatlara inanır.

Pandemiya dövründə bir çox özəl şirkətlər qısa müddətdə vaksin hazırlamaqla, öz bizneslərini saxlamaq və ya yeni əməkdaşlar cəlb etməyə kömək göstərməklə, diqqəti özlərinə cəlb ediblər.

Amerikalılar gözləyirlər ki, şirkətlərin rəhbərliyi ictimaiyyət qarşısında öz müəssisələrinin fəaliyyətinə görə, məsuliyyət daşıyacaqlar.

Rəyi soruşulanların üçdə ikisi bəyan edib ki, hökumətin problemləri həll edə bilmədiyi hallarda şirkət rəhbərliyinin işə qarışacağını gözləyirlər. Kapitoidəki qarmaqarışıqlıqdan sonra, amerikalılar “Tvitter”, “Amazon” və “Facebook” kimi şikətləri tədbir görməyə çağırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.