Ukrayna ilə müharibə: Qərb Rusiyaya belə hücum edəcək

9-03-2021, 09:07           
Ukrayna ilə müharibə: Qərb Rusiyaya belə hücum edəcək
Rusiya ilə müharibə olacağı təqdirdə Qərb kiberhücumlarla Ukraynaya dəstək göstərə bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Jilin deyib.

A.Jilinin sözlərinə görə, ABŞ-da kiberhücumlar üçün xüsusi bölmələr yaradılıb.

O, belə bir hücumun olacağı təqdirdə Rusiyanın bir neçə böyük şəhərinin enerjisiz qala biləcəyini söyləyib:

“Bu, kollapsa səbəb olacaq. Qərb öz əsgərlərinin həyatını riskə ataraq Ukraynaya kömək üçün ordu göndərməyəcək”.

Qeyd edək ki, bundan öncə də "Nyu York Tayms" nəşri ABŞ-ın 3 həftəyə Rusiya sistemlərinə kiberhücum edəcəyini iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru