Sudan Qırmızı dənizdə Rusiya bazasının yaradılması razılaşmasını dayandırır
29-04-2021, 07:51
Sudan hakimiyyəti Qırmızı dənizdə Rusiya bazasının yaradılması barədə razılaşmanı müvəqqəti olaraq dayandırıb.
Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, Sudan həmçinin Qırmızı dəniz limanlarında rus hərbçilərinin hər hansı bir yeni yerləşdirilmələrini də dayandırır.
Xatırladaq ki, hazırda Rusiyanın xaricdə bir tək Suriyanın Tartus limanında hərbi-dəniz bazası var.