Ermənistan Konstitusiya məhkəməsi parlament seçkilərinin nəticələrini tanıdı

18-07-2021, 00:05           
Ermənistan Konstitusiya məhkəməsi parlament seçkilərinin nəticələrini tanıdı
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarlı sayılması barədə qərarını açıqlayıb.

Ermənistan KİV-ləri Konstitusiya Məhkəməsinin qərarını məhkəmə salonundan canlı yayımlayıb.

“Konstitusiya Məhkəməsi 20 iyun 2021-ci il tarixli növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Ermənistan Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlamağa qərar verib”, - deyə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,9 faiz, yəni 269 481 səs, “Mənim şərəfim var” bloku 5,22 faiz, yəni 66 650 səs toplayıb.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru