Böyük Britaniya uşaq və yeniyetmələrin kütləvi peyvənd edilməsindən imtina edir

19-07-2021, 00:04           
Böyük Britaniya uşaq və yeniyetmələrin kütləvi peyvənd edilməsindən imtina edir
Böyük Britaniyanın rəsmi rəhbərliyi uşaq və yeniyetmələrin koronavirusla əlaqədar kütləvi peyvənd edilməsindən imtina etdilər.

APA bildirir ki, bu barədə “The Telegraph” nəşri yazır.

Nəşrin məlumatına görə, Peyvənd və İmmunlaşdırma üzrə Birgə Komitə (JCVI) əlavə risklər əldə edilənə qədər uşaqları peyvənd etməkdən çəkinməyə çağırıb. Yalnız 12 ilə 15 yaş arası, koronavirusa qarşı həssas olan uşaqların, həmçinin risk altında olan böyüklərlə birlikdə yaşayanların və üç aydan sonra 18 yaşı tamam olacaq yeniyetmələrin peyvənd edilməsi təklif olunur.

Onlar üçün isə Dərman Nəzarəti İdarəsi tərəfindən təsdiqlənmiş Pfizer / BioNTech peyvəndindən istifadə olunması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru