Svetlana Tixanovskaya ABŞ-a getdi
18-07-2021, 22:04

Svetlana Tixanovskayanın ABŞ-a işgüzar səfəri başlayıb. Vaşinqtonda onu ABŞ-ın Belarusdakı səfiri Culiya Fişer qarşılayıb.
“Burda ABŞ-ın Belarusdakı səfiri tərəfindən qarşılanmağım mənimçün böyük şərəfdir. Səfir Fişher Belarusa dəstək olmaq üçün yorulmadan çalışır. ABŞ-a səfər etməyimdən başlamağımdan çox məmnunam və ümid edirəm ki, bu, demokratiya yolunda Belarusa kömək edəcək” - Tixanovskaya öz Tvitter” hesabında belə yazıb.
Bu gün - iyulun 18-də o, Vaşinqtondakı Belarus diasporu ilə görüşəcək.
Onun 19 iyulda Dövlət Departamentində, 20 iyulda isə Ağ Evdə yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.
Bundan başqa, Tixanovskayanın Konqresdə həm demokrat, həm də respublikaçı senatorlarla da görüşləri olacaq.
Onun ABŞ Beynəlxalq Yardım Agentliyinin - USAID-in rəhbəri Samanta Pouerlə də görüşü planlaşdırılır.
Tixanovskayanın səfər proqramına dünyanın aparıcı media qurumlarına müsahibələr varmək də daxildir (“reform.by”).
Keçən il avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S.Tixanovskayanın 10% səs topladığı açıqlanıb.
Ölkə müxalifəti və bir sıra beynəlxalq təşkilatlar səsvermə nəticələrinin saxtalaşdırıldığını bildiriblər.
Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar olub.