İsrail HHQ Suriya ərazisinə zərbələr endirib 20-07-2021, 07:34 İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Əs-Safira rayonunda hərbi müəssisələrə zərbələr endirib.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Al-Hadath" telekanalı xəbər yayıb.Məlumata əsasən, zərbələr həmçinin Suriya ordusu tərəfində döyüşən silahlı qruplaşmaların silah anbarlarına da endirilib.Bildirilir ki, hava zərbələri nəticəsində silahlı qruplaşmalar itkilər varib.Digər təfərrüatlar barədə məlumat verilmir. Facebook-da paylaş