ABŞ-da benzinin qiyməti son 7 il ərzində yüksək həddə çatıb

8-10-2021, 08:49           
ABŞ-da benzinin qiyməti son 7 il ərzində yüksək həddə çatıb
ABŞ-da benzinin pərakəndə satış qiyməti 2014-cü ildən bəri ən yüksək həddə çatıb.

"Report" xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının (AAA) nümayəndəsi bildirib.

Belə ki, ABŞ-da bir qalon (3.8 litr) adi benzinin orta qiyməti 4 qəpik artaraq 3,24 ABŞ dollarına yüksəlib. Bu, 2014 -cü ilin oktyabr ayından bu yana ən yüksək pərakəndə satış qiymətidir.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti də ötən gün 1,4% artaraq 82,2 ABŞ dollarından çox olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru