ABŞ Senatı borc həddinin artırılması barədə qanunu qəbul edib
8-10-2021, 09:20
ABŞ Senatı xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər 480 milyard ABŞ dolları həcmində artırılması barədə qanunu qəbul edib.
“Report” xəbər verir ki, bu 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirilməsi üçün yetərli olacaq.
Qanun Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.
Lakin iş qrafikinə əsasən, aşağı palata yalnız ayın ikinci yarısında işə başlayacaq. Eyni zamanda Nümayəndələr Palatasının sədri Nensi Pelosi səsvermədən əvvəl bəyan edib ki, konqresmenlər gələn həftə Vaşinqtona qayıda bilərlər.
Sənəd təsdiqləndikdən sonra ABŞ-ın xarici borcu təxminən 28,9 trilyon dollara qədər artacaq.