İran bu ölkəni hədələdi: Pulumu verin!..

8-10-2021, 11:04           
İran bu ölkəni hədələdi: Pulumu verin!..
İran Cənubi Koreya banklarında olan ABŞ sanksiyalarına görə dondurulmuş 7 milyard dollarını geri istəyir.

Axar.az xəbər verir ki, bununla bağlı rəsmi Tehran Seula müraciət edib.

Pulların geri qaytarılmayacağı təqdirdə İran Cənubi Koreyanı məhkəməyə verəcəyi ilə hədələyib.

Qeyd edək ki, İran bir müddət öncəyə qədər Cənubi Koreyanın üçüncü ən böyük ticarət tərəfdaşı hesab edilirdi. Cənubi Koreya İran neftinin alışını 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı sərt sanksiyalarından sonra dayandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru