Rusiya Dövlət Dumasının deputatı beynəlxalq axtarışa verildi

12-03-2016, 23:35           
Rusiya Dövlət Dumasının deputatı beynəlxalq axtarışa verildi
Hakim «Vahid Rusiya» partiyasından Dövlət Dumasının deputatı olan Vladislav Reznik barəsində İspaniya məhkəməsi tərəfindən axtarış qərarı çıxarılıb. Sənədlər artıq krallığın hüquq mühafizə orqanları tərəfindən İnterpola təqdim olunub.
Virtualaz.org RBK-ya istinadən bildirir ki, xəbəri deputata yaxın dairələrdə təsdiqləyiblər.
Daha öncə «Rosbalt» agentliyi yazmışdı ki, İspaniya məhkəməsi Rezniki təşkil olunmuş cinayətkar qrupun daxilində fəaliyyətdə və İspaniyada çirkli pulların yuyulmasında ittiham edir. Deputat məhkəməyə gəlmədiyi üçün onun qiyabi həbsi barədə qərar çıxarılıb.
Həmin cinayət işi çərçivəsində «kriminal avtoritet» sayılan Gennadi Petrov da ittiham olunanlar siyahısındadır. Bütün bu adamlar Tambov cinayətkar qruplaşmasının üzvləri kimi məhkəməyə çağırılıblar.
İspaniyada «rus mafiyası» haqqında ilk məlumatlar 2008-ci ilə aiddir. O zaman həyata keçirilmiş «Troyka» adlı əməliyyat nəticəsində bir neçə Rusiya vətəndaşı həbs edilmişdi. Həbs olunanların Tambov qruplaşması ilə əlaqəli olduqları güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru