Məxfi plan: Rusiya Əsədi satır və…

16-03-2016, 22:52           

Putin təkcə Suriyadan Rusiya qoşunlarının çıxardılmasını elan etməyib, o həm də Əsədin satılması haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı tarixçi Yuri Felştinskinin Ukrayna mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Rusiya Suriyada Kürdüstan yaratmağa cəhd edir:

“Rusiyanın niyə belə mövqe müəyyənləşdirdiyini anlamaq lazımdır. Suala cavab var. 5 ay yarımlıq Suriya hərbi kampaniyası göstərdi ki, artıq Əsədi hakimiyyətdə saxlamaq mümkün deyil. Eyni zamanda Suriyada Rusiyanın başqa qüvvəni dəstəklədiyi ortaya çıxdı. Bu öz dövlətini yaratmaq uğrunda mübarizə aparan kürdlər idi. Kürdüstanın yaradılması isə, əslində, Suriyanın yekun olaraq süqutu deməkdir. Sözsüz ki, Kürdüstanın yaradılması üçün Əsəd uzaqlaşdırılmalı, Suriya parçalanmalıdır. Bununla bağlı isə martın 14-də Putin ABŞ Prezidenti Barak Obamaya məlumat vermişdi. Dövlət yaratmaq şansı əldə edən kürdlərə görə sevinmək, Türkiyə üçün isə kədərlənmək olar. Türk-kürd savaşı davamlı və qanlı ola bilər. Kürdlər öz müstəqillikləri üçün böyük qiymət ödəməli olacaqlar. Türkiyə isə artıq dünyəvi ölkə kimi varlığına son qoyacaq. O, müsəlman ekstremizminin relsləri ilə aşağıya doğru dartılır. Bununla da özünün NATO üzvlüyünü və Avropa Birliyinə namizədliyini təhlükə altına qoyur. Putinin məqsədi isə NATO və Avropa Birliyini zəiflətməkdir. Onun tərəfindən seçilən vasitə isə Əsədin dəstəklənməsinin dayandırılması, Kürdüstanın yaradılması və kürd-türk müharibəsidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.