Drezdendə 1941-45-ci ildən bəri ən böyük evakuasiya elan edildi
Bu gün, 15:24
Drezdendə hakimiyyət orqanları İkinci Dünya Müharibəsindən qalma bombanın tapılması səbəbindən şəhər tarixində ən böyük evakuasiyanı elan ediblər. Söhbət 17 minə yaxın sakinin evakuasiyasından gedir. İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli “Sächsische Zeitung” (SZ) qəzeti məlumat yayıb.
Qeyd edilib ki, bu gün fəhlələr dağılmış Drezden Karolabrükke körpüsünün yaxınlığında torpağı qazarkən Britaniyanın 250 kiloqramlıq hava bombası aşkar ediblər. İstehkamçılar mərmini avqustun 6-da zərərsizləşdirməyi planlaşdırırlar.
"Zərərsizləşdirmə təxminən 17 min insanın fəaliyyətinə təsir edəcək. Bu günə qədər bu, İkinci Dünya Müharibəsindən qalma bombanın aşkarlanması ilə bağlı ən böyük təxliyədir", - məqalədə qeyd olunur.