Rus general: “Ərdoğana hücum etmək vaxtıdır”

16-03-2016, 23:23           
Rus general: “Ərdoğana hücum etmək vaxtıdır”
Rus diplomatlarının ABŞ və müttəfiqlərinə qarşı hücuma keçmək vaxtı çatıb.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında general-polkovnik Leonid İvaşov söyləyib. Onun sözlərinə görə, rusiyalı hərbçilər öz işlərini görüblər:

“Onlar mövcud situasiyanı dağıtdılar. Onlar əsas düşmən olan İŞİD və Nüsra Cəbhəsini məğlub etdilər. İndi növbə diplomatlardadır. Hərbçilər siyasi proses üçün şərait yaratdılar. Ona görə də indiki dövrdə hərbi mövcudluğu azaldıb, diplomatiyanı birinci eşelona çıxarmaq lazımdır. Mütəmadi olaraq izləmə aparıb, diplomatik kanallarla ABŞ-a, Türkiyə Prezidenti Ərdoğana və Səudiyyə Ərəbistanına hücum etmək lazımdır. Suriyalılar istəyirdi ki, biz hərbi mövcudluğumuzu artıraq. Lakin hərbi mövcudluq artsa, danışıqlar prosesi dayanacaq. Yəqin ki, situasiyanın pisləşəcəyi təqdirdə Rusiyanın geri qayıtma planı da mövcuddur. Rusiyanın Suriya əməliyyatı Yaxın Şərqdəki geosiyasi vəziyyəti dəyişdi. Artıq regionda əsas oyunçular ABŞ və Səudiyyə Ərəbistanı yox, Rusiya, İran, Suriya və Misir olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.