Goldman: Dollar 10-15% qalxa bilər

16-03-2016, 23:34           

Goldman Sachs analitikləri, əgər Fed, gözlənildiyi kimi, faizlərin artırılması daxil pul siyasətini sərtləşdirmək istiqamətində hərəkət edərsə, dolların mövcud səviyyələrindən 10 -15 faiz artacağını bildiriblər.

Goldman analitikləri, dolların güclənməsinin yeni başlamış olduğunu qeyd ediblər.

Analitiklər, “Fedin bu gün, bu il üç dəfə və 2017-ci ildə dörd dəfə faiz artırımı mənasına gələn pul siyasətini sərtləşdirməyə davam etmək istədiyinin siqnalını verəcəyini gözləyirik. Fedin açıqlamasında risklərin “balanslı” olduğunu işarə edilə bilər” deyiblər.


Goldman Sachs dünyada ən böyük investisiya banklarından biridir.

Yeri düşmüşkən, Morqan Stenli də dolların 10-15% qalxacağını bildirib.

Morqan Stenli-nin (Morgan Stanley qlobal investisiya bankıdır) analitiki Andrew Sheets, “Dolların daha 10 -15% arasında dəyər qazanacağını gözləməkdə davam edirik” deyib.

Analitiklər, Fed-in maraqla gözlənən toplantısından sonra verəcəyi bəyanatlarda dolların uzunmüddətli istiqamətinə dair də məlumatlar axtaracaqlar. Fed pul siyasətini sərtləşdirən yeganə inkişaf edən ölkə mərkəzi bankıdır. Qlobal iqtisadiyyatdakı ləngiməyə baxmayaraq, ABŞ-ın iqtisadi artımı güclüdür. Bu səbəbdən analitiklər dollar məsələsində hələlik nikbindirlər.

Ancaq qısamüddətli çətinliklər səbəbilə təmkinli olanlar da var.

BNP Paribas-ın analitiklərinə görə, bu il faizlərin artırılması ehtimalı artıq dolların qiymətində əks olunub, əksinə dollarda sərt azalmalar görülə bilər.

(marja)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.