Könüllü silahlı dəstələrin dəstəyi ilə Suriyanın hökumət ordusu İŞİD terrorçularını Palmira şəhərinin cənub-şərqindəki yüksəklikdən qovub çıxara bilib.
Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İŞİD terrorçuları 939,5 adlı yüksəklikdən çıxarılıblar. Bu yüksəklik Palmira ətrafındakı Hayya dağ silsiləsinin ən hündür nöqtəsidir.
Mənbə bildirib ki, terrorçuların buradakı mövqeləri darmadağın edilib.