Belçikadakı türk məhəlləsində partlayış olub

25-03-2016, 20:58           
Belçikadakı türk məhəlləsində partlayış olub
Belçikanın paytaxtı Brüsseldə aparılan antiterror əməliyyatı zamanı bir evdən iki partlayış səsi eşidilib.

"Report"un Belçika dövlət televiziyasına istinadən verdiyi məlumata görə, polislər türk məhəlləsi kimi tanınan Şarbekdə əməliyyat aparıblar. Basqın nəticəsində bir nəfər zərərsizləşdirilib. Partlayıcı maddələri zərərsizləşdirən ekspertlərin olduğu ərazi təhlükəsizlik məqsədilə dövrəyə alınıb. Polislər əməliyyatın Fransada həyata keçirilməsi planlaşdırılan, amma son anda qarşısı alınan hücum əleyhinə aparıldığını açıqlayıb. Hadisə yerindəki jurnalistlər üçüncü partlayış səsinin də eşidildiyini bildirib.

Partlayışların səbəbi hələ bilinmir. Əməliyyata 50-dək polis cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru