8 Noyabrdan 8 Avqusta
Bu gün, 11:47

Bu gün Rusiya imperiyasını quranlardan biri Vlodimir Ulyanovun günündədir. Ölüb, basdıranı yoxdur.
1 il qabaq olardı, Azərbaycanın yüksək vəzifəli şəxslərindən biri BBC-yə açıqlamasında “Zəngəzur dəhlizinin açılması Bakı üçün prioritet deyil” demişdi. Dövlətin ciddi resurslarının, əsas da diplomatik imkanlarının bu məsələyə yönəldiyini, media siyasətində Zəngəzur koridorunun önəmli yer aldığını bilən biri kimi bu, məndə təəccüb yaratmışdı. Müsahibə yayılan gün Ankaradaydım və Türkiyənin siyasi həyatına yaxın bir insanla mövzu üzərindən mübahisə də etmişdik. O, iddia edirdi ki, Bakı Kremldən çəkindiyi üçün Zəngəzur dəhlizindən birdəfəlik əl çəkib və mediada gedən Zəngəzur savaşı daxili auditoriya üçündür. Qətiyyən razılaşmayaraq deyirdim ki, 2020-ci ildə başlanan 44 günlük savaş bitməyib. Rusiyanın kobud müdaxiləsilə dayandırılan müharibə ən gərgin fazasındadır. Kreml Türkiyənin Qafqazda genişlənməsinə, Ermənistandan göndərilən təhdidlərlə Azərbaycanın ərazi bütövlüyünü tükdən asılı durumda saxlamağa çalışır. Dişi Ukraynada qırılsa da Qafqazdakı imkanlarını bunun üçün səfərbər edib. Bunun qarşısını bir məsələ ala bilər - Ermənistanla iqtisadi müstəvidə anlaşaraq təhdidləri aradan qaldırmaq, yəni Zəngəzuru açmaq. Bakı durmadan bunun üçün çalışır. Zəngəzurun açılması Azərbaycana Naxçıvanla ölkənin digər hissəsi arasında quru əlaqəsinin bərpa etmək, Türkiyəyə daha bir yolla bağlanmaq (BTC, BTQ-dən başqa) imkanı verir. Üstəlik Türkiyənin Qarabağ savaşına aktiv siyasi dəstək verməsinin kökündə Azərbaycan üzərindən Türküstana bağlanmaq, qlobal mənada isə orta dəhlizdə aparıcı rol almaq dayanır. Nə Bakının, nə də Ankaranın bundan imtina etməsi mümkün deyil. Bu, savaşın məntiqi sonuca varmadan bitməsi, Rusiyanın region üzərində təsir gücünün saxlanması demək olar. O, yenə də deyirdi ki, biz rəsmilərin dilindən çıxan açıqlamalaraq baxarıq - sizinkilər açıq söyləyir, Zəngəzur prioritet deyil. Masadan hərəmiz öz fikrimizdə ayrılmışdıq…
Bu gün - ABŞ-da Zəngəzurla bağlı tarixi qərar verildiyi gün bütün gizlinlər açılır. Proses çox məxfi aparılıb. Zaman-zaman Kremlin başının altına yastıq da qoya bilmişik. Sağ göstərib sol vurmuşuq. BBC-yə açıqlamada olduğu kimi…
Amma…
Siyasəti ən yaxından izləyənlər belə zaman-zaman şübhəyə düşmüşdülər. Rəsmi Bakı üzərində Kremlin basqı imkanlarını həddən artıq şişirdir, Prezident İlham Əliyevin belə bir risk almasının özəlliklə Putin iqtidarı dönəmində mümkünsüz olduğunu düşünürdülər. Prezident Əliyev isə addım-addım Qarabağ zəfərini hazırladığı kimi Zəngəzur zəfərini də hazırlayırdı. Füzulidə yurda dönən vətəndaşlarla görüşdə “biz Zəngəzura da qayıdacağıq, amma yəqin ki, bu dəfə tanklarla yox, avtomobillərlə” sözləri yadınızdadır?
O günə gəldik... O günü gördük...
Başda nəhəng tarixi missiyanın memarı Prezident İlham Əliyev olmaqla bu yolda əmək sərf edənlərin hər birinə sonsuz təşəkkür düşür. Sayələrində Qafqaz savaşların deyil, barışın və işbirliyinin meydanına çevrilir. Qanlı bir dönəm qapanır. Kremlin 1800-lərin başından başlayan işğal siyasəti belə ciddi məğlubiyyət yaşamamışdı. Artıq Kreml vahid dövlət ola bilmədiyimiz çağlardakı bölücülük, separatizm, etnik təmizləmə, deportasiya, soyqırım siyasətini Azərbaycan torpaqlarında yürüdə bilməz. Bakıdakı əlaltıları - sındırılmış, 3000 dəfə üzünə tüpürülmüş kolonu da daha Azərbaycana Rusiyanın arzu etdiyi zərəri verə bilməz. Miqyassız qələbədir…
Bu qələbəni mümkün edən ən önəmli siyasi mərkəz eyni zamanda nə Bakını, nə də illərlə düşmən siyasət yürütməsinə baxmayaraq İrəvanı Rusiya qarşısında tək qoymayan Ankaradır. Cümhur İttifaqının siyasi zəkası sonucda Türkiyəni Türküstana bağlaya bildi - Turan coğrafiyası böyük mənada bütünləşdi. İllərlə parçalanması, zəiflədilməsi üçün Qərbdə projelər qurulan Türkiyə regionda necə bir müəzzəm güc olduğunu öncə supergüc ABŞ-a qəbul etdirdi. Türk milləti böyükdür!!!
Bu gün Rusiya imperiyasını quranlardan biri Vlodimir Ulyanovun günündədir. Ölüb, basdıranı yoxdur.
8 Avqust 8 Noyabr kimi Kremldən əziyyət çəkən bütün xalqların bayramıdır. Qutlu olsun!
Aygün Muradxanlı
TEREF