Avtomobil nəhəngləri qiymətləri qaldıracaqlar
Bu gün, 10:44

Avtomobil nəhəngləri ABŞ-ın tətbiq etdiyi rüsumlar səbəbindən 11,8 milyard dollar itirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, bu, koronavirus pandemiyasından sonra istehsalçılar üçün ən böyük itki sayılır. Təsirə məruz qalan şirkətlər arasında Toyota, Volkswagen, Ford və s. kimi qlobal əhəmiyyətli şirkətlər var. Toyota ikinci rübdə ən ciddi itkilərə məruz qalıb. Söhbət 3 milyard dollardan çox gedir.
Nəşrin proqnozlarına görə, 10 ən böyük istehsalçının xalis mənfəəti təqvim ilinin sonuna kimi xeyli azalacaq. Ehtimal olunur ki, şirkətlər öz avtomobillərinin qiymətini qaldırmalı olacaqlar.
Xatırladaq ki, bundan öncə "Reuters" nəşri bildirmişdi ki, Nissan mart ayında başa çatan 2024-cü maliyyə ili üçün 700-750 milyard yen zərər görüb.
Avtomobil istehsalçısı azalmanı aktivlərin dəyərsizləşməsi və restrukturizasiya xərcləri ilə əlaqələndirib. Əvvəllər isə illik təxminən 80 milyard yen itki proqnozlaşdırılmışdı.