Tramp: "ABŞ-nin Moskvaya qarşı növbəti addımları Putindən asılı olacaq"
Bu gün, 11:38
"ABŞ-nin Moskvaya qarşı növbəti addımları Rusiya Prezidenti Vladimir Putindən asılı olacaq".
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Trampa Rusiya və Ukrayna arasında razılaşmanın əldə edilməsindən ötrü təyin etdiyi müddətin hələ də qüvvədə olub-olmaması ilə bağlı sual verilib. Həmin müddətin avqustun 8-də başa çatması gözlənilir, bundan sonra ABŞ Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət rüsumları tətbiq etmək niyyətində idi.
"Bu, ondan (Putin - red.) asılı olacaq. Görək nə deyir", - deyə Tramp vurğulayıb.
Tramp Rusiya rəhbərliyinin mövqeyindən çox məyus olduğu tezisini də təkrarlayıb.