Azərbaycana bu xəstəlikləri aşkarlayan yeni testlər gətiriləcək
Bu gün, 11:24
Azərbaycana bu xəstəlikləri aşkarlayan yeni testlər gətiriləcək. İqtisadiyyat.az xəbər verir ki, söhbət autoimmun xəstəliklərin diaqnostikasında istifadə olunacaq testlərdən gedir.
Həmin testlərin satın alınması ilə bağlı TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi “Bayramlı Group” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Müqaviləyə əsasən, alqı-satqı 2 milyon 625 min manata başa gələcək.