Türkiyədə dəhşət: Turisti vuran sürücü avtomobili ilə yenə üzərindən keçməyə çalışdı VİDEO

Bu gün, 10:47           
Türkiyədə dəhşət: Turisti vuran sürücü avtomobili ilə yenə üzərindən keçməyə çalışdı  VİDEO
Türkiyənin Muğla vilayətində dəhşətli hadisə baş verib. Belə ki, Britaniya vətəndaşı Lisa Ceyn Di Palmanı vuran sürücü avtomobili ilə yenə onun üstündən keçməyə çalışıb.

Oxu.Az bu barədə "A Haber"ə istinadla xəbər verir.

Hadisə zamanı sürücünün sərxoş olduğu bildirilir.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

Yaralı turist dərhal xəstəxanaya çatdırılıb. Sürücü isə polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun sərxoş olub-olmaması ilə bağlı müvafiq ekspertiza təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru