Moldova Ədliyyə Nazirliyi və Baş Prokurorluğu Yunanıstan hakimiyyətinə Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyukun ekstradisiyasını tələb edib. Bu barədə ölkənin Ədliyyə naziri Veronika Mixaylova-Morara məlumat yayıb.
"İyulun 24-də Baş Prokurorluq Vladimir Plaxotnyukun ekstradisiyası ilə bağlı rəsmi müraciət edib. Avqustun 4-də Ədliyyə Nazirliyi də oxşar addım atıb", - nazir bildirib.
Avqustun 1-də Plaxotniukun vəkili Lusian Roqak müvəkkilinin Yunanıstandan Moldovaya ekstradisiyaya razı olduğunu bildirmişdi. Onun sözlərinə görə, iş adamının məhkəməsi qüvvədə olan beynəlxalq standartlara uyğun olaraq davam etdiriləcək. O qeyd edib ki, son qərar Yunanıstan hakimiyyətinə aiddir.
Qeyd edək ki, məşhur oliqarx Moldovada bir sıra ağır cinayətlərdə, xüsusən də cinayət təşkilatının yaradılması və idarə olunmasında, həmçinin külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında şübhəli bilinir.