Klintonun bir naharı üçün inanılmaz məbləğ...

25-03-2016, 21:00           
Klintonun bir naharı üçün inanılmaz məbləğ...
ABŞ prezident seçkisinə namizəd Hillari Klinton və kampaniyasını dəstəkləyən Corc Kluniylə yemək 352 min 400 dollara başa gələcək.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Hillari Zəfər Fondu aprelin 15-i Hillari Klintonu seçiciləri ilə görüşdürəcək bir nahar təşkil edəcək. Yeməyə Corc Kluni və həyat yoldaşı, vəkil Amal Kluni də qatılacaq. “Politika” saytı naharda iştirak üçün ən aşağı məbləğin San Fransiskoda yaşayan bir vətəndaşın gəlirindən 4 dəfə çox olacağını yazıb.

Tədbir iş adamı Şervin Pişəvarın San Fransiskodakı evində təşkil olunacaq. İanəçilərə göndərilən məktubda Corc və Amal Klunilərin qatılacağı tədbirə dəstək verilməsi xahiş olunur.

Partnyorunuzla birlikdə təşkil ediləcək “dəyirmi masa” müzakirəsinə sədrlik etmək baha başa gələrsə, qonaqları qarşılamaq üçün 100 min dollar verərək kampaniyaya dəstək ola bilərsiniz.

Hillari Klintonla şəkil çəkdirmək isə 33 min 400 dollara başa gələcək.

Qeyd edək ki, Klintonun kampaniyasına dəstək olmaq istəyən şəxslər azı 2 min 700 dollar ianə ödəməli olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.