Livan: "İranın daxili işlərimizə müdaxiləsi qəbuledilməzdir"
Bu gün, 12:28
Bu gün Livan hökuməti İranın xarici işlər naziri Abbas Əraqçının Hizbullahın tərksilah edilməsi ilə bağlı açıqlamalarını sərt tənqid edib. Livan Xarici İşlər Nazirliyi Əraqçının sözlərini “Livanın suverenliyinə, birliyinə və sabitliyinə hücum” adlandıraraq, bunu ölkənin daxili işlərinə müdaxilə sayıb. Məlumata görə, dünən İran XİN başçısı “Tehran” telekanalına müahibəsində deyib ki, Hizbullah liderinin tərksilahla bağlı mövqeyi “qruplaşmanın möhkəm dayandığını” göstərir. Onun sözlərinə görə, Hizbullahın tərksilah edilməsi üçün ilk dəfə deyil ki, səylər gösyərir. Əraqçı İranın Hizbullahın istənilən qərarını dəstəklədiyini vurğulayıb. Livan XİN-nin bəyanatında bununla bağlı qeyd olunub: “Ölkələr arasında əlaqələrin hökumət çərçivəsindən kənarda silahlı qruplaşmaları dəstəkləmək üçün istifadə olunması qəbuledilməzdir. Bu cür müdaxilələr Livanın daxili işlərinə hörmətsizlikdir”. (Radio Farda) Джавид Дамирли TEREF