“İran Əl Qaidə ilə əməkdaşlıq edib” - ŞOK İTTİHAM

25-03-2016, 21:32           
“İran Əl Qaidə ilə əməkdaşlıq edib” - ŞOK İTTİHAM
Londonda çıxan “Əl-Şarak-Əl-Ausat” qəzeti Nyu-York məhkəməsinin 2001-ci il 11 sentyabr terroru ilə bağlı apardığı prosesin bəzi detallarını dərc edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, prosesdə ifadə verən Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşları Kler Lopers və Bryus Teft öz ifadələrində İran rəhbərliyinin 11 sentyabr terroruna, 1996-cı ildə Ər-Riyadda “Hobar” qülləsinə, 1998-ci ildə Keniya və Tanzaniya səfirliklərinə hücumda, 2000-ci ildə “USSS Cole” gəmisinə hücumda və s. əli olduğunu bildirib. Onların sözlərinə görə “Əl-Qaidə” ilə İran əməkdaşlığı “Hizbullah” təşkilatının vasitəçiliyi ilə baş tutub. “Hizbullah”ın operativ xidmət rəhbəri İmad Muqniyə “Əl Qaidə” döyüşçülərinin hazırlığına yardım edib. Nyu-Yorkun Manhetten məhkəməsi İranı 2001-ci il 11 sentyabr terrorunun qurbanlarına 10,5 milyard dollar kompensasiya ödəməsi barədə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru