Milyonlar xərcləyərək toya Stinq, Cey Lo, Beyonsu çağırdı - VİDEO

27-03-2016, 00:37           

Bu gün səhər saatlarından etibarən Rusiyanın “Safisa” təntənəli mərasimlər zalının qarşısında silahlı təhlükəsizlik qüvvələri toplaşıblar. Buna səbəb isə məşhur rusiyalı maqnat Mixail Qutseriyevin ikinci oğlu Səidin toy mərasimidir.
Toya ailənin təkcə qohumları və dostları deyil, həm də dünyaca məşhur ulduzlar da qatılıb. Məhz bu səbəbə görə Moskvaya Elton Con, Cennifer Lopez, Stinq, Patrisiya Kaas, Beyons, Ekrike İqlesias və başqaları təşrif buyurub.
“Russneft” rəhbəri oğlunun toyunu belə dəbdəbəli formada keçirmək üçün külli miqdarda pul xərcləyib. Rusiya mətbuatı yazır ki, Qutseriyev bu səfərə görə Cey Loya 5, Elton Cona isə 7 milyon avro verməli olub.
Səidin gəlini Xədicə mərasimə “Ellie Saab”dan olan uzun gəlinlikdə gəlib. Fransadan sifariş olanan donun ümumi çəkisi 25 kiloqram təşkil edir. Gəlinin əslən İnquşetiyadan olduğu qeyd olunur.
Toyda İnquşetiyanın birinci prezidenti Ruslan Auşev də iştirak edib.

Qeyd edək ki, “Forbes” Qutseriyevləri Rusiyanın 2015-ci ildə ən varlı ailəsi kimi göstərib. Onların təkcə ötən il sərvətlərinin həcmi 4,85 milyard dollar təşkil edib. (qafqazinfo.az)
[media=https://www.youtube.com/watch?v=1f0J0I6GFWQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru