"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA

Bu gün, 12:29           
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Ötən gün AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Qeyd olunan informasiyada Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub.

Cəmiyyətdə ciddi rezonans doğuran bu xəbərlə bağlı Manset.az Cahangir Əsgərovla əlaqə saxlayıb. O, hazırda öz bağında istirahət etdiyini bildirib.

"Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm. Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan bir adamam. Xahiş edirəm, məndən əl çəksinlər. Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram",- deyə Cahangir Əsgərov açıqlamasında vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru