Messenger Max, FSB ilə Gosuslugi-yə giriş tələbləri ilə razılaşdı

Bu gün, 12:44           
Messenger Max, FSB ilə Gosuslugi-yə giriş tələbləri ilə razılaşdı
FSB və Max messenceri “Gosuslugi”yə çıxışla bağlı təhlükəsizlik tələblərini razılaşdırdı

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və KİV naziri Maksut Şadayevin sözlərinə görə, Federal Təhlükəsizlik Xidməti (FSB) və Max messenceri “Gosuslugi” infrastrukturuna çıxış üçün lazım olan təhlükəsizlik tələblərini razılaşdırıb.

32gun.az xəbər verir ki, bu barədə o, Kaluqa şəhərində keçirilən “Rəqəmsal təkamül” konfransının kuluarlarında danışıb, məlumatı RİA Novosti yayıb.

“Rəqəmsal İnkişaf Nazirliyi təsdiqləyir ki, FSB tərəfindən Max messencerinin Gosuslugi infrastrukturuna çıxışı ilə bağlı təhdid modeli razılaşdırılıb və bütün təhlükəsizlik tələbləri tam yerinə yetirilib”, – deyə Şadayev bildirib.

Qeyd edək ki, daha əvvəl Max messencerinin “Gosuslugi” portalına inteqrasiyası üzrə sınaqların uğurla tamamlandığı bildirilib. Bu məqsədlə istifadəçilərin şəxsiyyətini təsdiqləməyə imkan verən OpenID Connect texnologiyası tətbiq olunub.

Xatırladaq ki, 1 sentyabrdan etibarən Max messenceri Rusiyada istehsal olunan bütün yeni smartfonlara öncədən yüklənmiş proqram kimi məcburi olacaq. Bu tətbiq yalnız mesajlaşma funksiyalarını deyil, həm də dövlət xidmətlərinə, “Gosuslugi” portalına, rəqəmsal imzaya və sürətli ödəniş sistemi vasitəsilə maliyyə alətlərinə çıxışı təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru